SÜFRƏNİZ BOL OLSUN
BOLMART SUPERMARKETLƏR ŞƏBƏKƏSİ
HAQQIMIZDA
50-yə yaxın mağaza ilə
xidmətinizdəyik!
Azərbaycan pərakəndə bazarında 20 ilə yaxındır fəaliyyət göstərən Bolmart supermarketlər şəbəkəsi hazırda 50-yə yaxın filialla müştərilərin ixtiyarındadır. Paytaxt Bakı şəhərində ilk filialı ilə fəaliyyətə başlayan Bolmart supermarketlər şəbəkəsi bununla yanaşı ölkənin digər regionlarında Gəncə, Bərdə, Kürdəmir, Beyləqan filiallarının açılışlarını gerçəkləşdirmişdir.
2021-ci ildə isə Hadrut və Şuşa filiallarının açılışı olmuşdur. Qeyd edək ki, supermarketlər şəbəkəsi 50 mindən çox məhsul çeşidinin satışını həyata keçirir. Bolmart Supermarketlər Şəbəkəsində hazırda 1500-ə yaxın əməkdaş çalışmaqdadır. 4 mərtəbəli mərkəzi ofisdə satış, kommersiya, marketinq, maliyyə, insan resurrsları, informasiya texnologiyaları və digər şöbələr yerləşmişdir. Bununla yanaşı şirkətin anbar logistika sistemi də mövcuddur.
Paytaxt Bakı şəhərində 5000 kv. m. ərazidə yerləşən mərkəzi anbar soyutma-isitmə sistemləri və yük maşınları ilə təmin olunmuşdur.