top of page

XƏBƏRLƏR

BOLMART SUPERMARKETLƏR ŞƏBƏKƏSİ

RƏSMİ MƏLUMAT

"Bolmart” mağazalar şəbəkəsi hal-hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.

Hörmətli müştərilər və ictimaiyyət nümayəndələri,

Son günlər “Bolmart” mağazalar şəbəkəsi ilə bağlı sosial mediada və bəzi xəbər platformalarında yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, “Bolmart” mağazalar şəbəkəsi hal-hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.
 

Yalnız Səməd Vurğun 60 ünvanında yerləşən mağazamız müəyyən texniki və təşkilati səbəblərdən dolayı olaraq müvəqqəti fəaliyyətini dayandırmışdır. Sözügedən mağazamızda işlərin bərpası üçün  danışıqlar aparılır.
 

Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmamışdır. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.
 

Məsələ ilə bağlı bütün suallara aydınlıq gətirmək məqsədilə sabah keçiriləcək mətbuat konfransında ətraflı məlumat təqdim ediləcək.
 

“Bolmart” mağazalar şəbəkəsi olaraq müştərilərimizin etimadını yüksək qiymətləndirir və keyfiyyətli xidmət prinsiplərinə sadiq qalaraq fəaliyyətimizi davam etdiririk.
 

Hörmətlə,
“Bolmart” mağazalar şəbəkəsinin rəhbərliyi

Əlaqə

Ünvan (baş ofis):

Bəşir Bünyadov küçəsi 134,
Bakı şəhəri, Azerbaycan

Qaynar xətt:

(051) 255 56 56
info@bolmart.az

  • Bolmart Facebook
  • Bolmart Instagram
  • Bolmart Linkedin
  • Bolmart Youtube

İş üçün müraciət forması:

Müraciət üçün təşəkkür edirik!

bolmart-logo.png

© 2013-2025 | Bolmart supermarketlər şəbəkəsi

bottom of page